Elçin Quliyev Hacı Əliyevə rütbə verdi - FOTO

Dünən, 08:25 12 dəfə baxılıb

Elçin Quliyev Hacı Əliyevə rütbə verdi - FOTO


Güləş üzrə 4 qat Avropa və 3 qat dünya çempionu Hacı Əliyevə rütbə verilib.

Bu barədə idmançı instaqram hesabında paylaşım edib.

H.Əliyev Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin ona mayor rütbəsi verdiyini bildirib:

“Bu gün həyatımda unudulmaz günlərdən biri oldu. Hacı Əliyev olaraq Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən mayor rütbəsinə layiq görülmək mənim üçün böyük şərəf və məsuliyyətdir.

Göstərilən etimada görə təşəkkür edir, vətənə xidmət yolunda daha böyük əzmlə çalışacağımı bildirirəm”, - deyə o yazıb.

Elçin Quliyev Hacı Əliyevə rütbə verdi - FOTO


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR