Azərbaycanda ədliyyə generalı vəfat etdi

7-01-2019, 14:37 383 dəfə baxılıb

Azərbaycanda ədliyyə generalı vəfat etdi


Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin rəisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri, ədliyyə generalı Zahir Əlizadə bu gün - yanvarın 7-də dünyasını dəyişib.


Bildirilib ki, mərhumun vida mərasimi bu gün saat 14:00-dan 15:00-dək Təzəpir məscidində keçiriləcək. Yanvarın 9-da isə Heydər məscidində mərhumun 3 və 7 mərasimi veriləcək.

Qeyd edək ki, Zahir Məmməd oğlu Əlizadə uzun illər ədliyyə və prokurorluq orqanlarında çalışıb. Mərhum 5 sentyabr 2016-cı ildə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin rəisi təyin edilmişdi. Zahir Əlizadə daha əvvəl Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

O, “İcra hüququ” kitabının müəllifidir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR