Jurnalist partiya funksionerini ifşa etdi -VİDEO

6-12-2018, 12:03 448 dəfə baxılıb

Jurnalist partiya funksionerini ifşa etdi -VİDEO
Xaçmazda müstəqil jurnalist Cəmil Məmmədli və Regional Mədəniyyət İdarəsinin müdiri Nazim Ağayev arasında olan qalmaqal haqda yazmışdıq.
Hazırda iş hüquq müstəvisində çözülür. Lakin sosial şəbəkələrdə jurnalistə qarşı hücumlar səngimir.
Cəımil Məmmədli haqda təhqirlər səsləndirənlərdən biri də Zöhrab Məmmədov adlı sabiq məmurdur.
Azerinfo.tv xəbər verir ki, Cəmil Məmmədli "facebook"dakı şəxsi hesabında bu şəxs haqda maraqlı viudeo paylaşaraq status yazıb. O qeyd edib ki, 2014-cü ildə Xaçmaz rayon Mədəniyyət evinin müdiri Zöhrab Məmmədov, vətəndaşları aldadaraq, yalandan işə düzəltmək adı ilə pul alıb. Bir neçə ay işləyəndən sonra isə, onları əmək kitabçalarını korlayacağı ilə təhdid edərək,öz ərizələri ilə işdən çıxardır, boş yerlərə başqalarından pul alaraq, onları təyin edir. Həmin vaxt jurnalist şikayətçilərlə onun yanına gedib. Şəkiliş zamanı Zöhrab Məmmədov inkar etməyə çalışsa da , vətəndaşlar dirəşib:
"Zöhrab BAXCP-nin Xaçmaz rayon təşkilatının sədridir. Barəsində dələduzluq faktları ilə iş də açılsa da, rayon icra başçısı onu həmişə həbsdən qurtarmağı bacarıb. Bu videonu montajsız filansız, (“sıroy kadr”) paylaşmaqda məqsədim, o vaxt mənə diz atıb yalvaran bu adamın heç olmasa yadına bəzi şeyləri salıb, özünə gəlməsi, həmçinin onun mənim ünvanıma etdiyi təhqirlərə görə kiçik cavab verməkdir. O vaxt mənə ailəsində tək işləyən bu olduğunu, partiyasına ləkə gələ biləcəyini, nə bilim daha nələr bəhanə edən bu məxluq indi özü kimiləri başına yığıb, məni təhqir etməklə, mənə böhtan atmaqla məşğuldur. Bunun belə kadrları və bundan daha betərləri məndə lap çoxdur, ancaq yenə də paylaşmağı eyib bilirəm. Faktiki olaraq iki partiya ilə üz-üzə tək qalmışam. Hansı ki, mən haqlıyam və hətta haqsız belə olsam, prokurorluq araşdırma aparır, nəticəsini gözləməyə borcluyam. Bunu mən qanıram, bunlar isə qanmır və məndən əl çəkmir. Buyurun baxın, bir partiyanın sədrinin rayonda olan hörmətinə, əməllərinə, vətəndaşların ona olan münasibətinə...
Ümid edirəm ki, məndə olan bütün kadrları paylaşmağa ehtiyac qalmaz və araşdırmalar bitənə kimi mənə olan təzyiqlər dayanar!!!"
Qarşı tərəf mövqeyini bildirə bilər.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR