“Tariximizin qanlı və şanlı səhifəsi” adlı tədbir proqramı keçirildi

19-01-2024, 18:00 52 dəfə baxılıb

“Tariximizin qanlı və şanlı səhifəsi” adlı tədbir proqramı keçirildi


19 yanvar 2024-cü il tarixində Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzində “Əbədi Birlik” Gənclər İctimai Birliyi və BMT tərəfdaşı Beynəlxalq İnsan Hüquqları Müdafiə komitəsinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunmuş “Tariximizin qanlı və şanlı səhifəsi” adlı tədbir proqramı keçirildi. Tədbirdə Azərbaycan Respublikasının xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev, “Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev və təşkilatın üzvləri , BMT tərəfdaşı Beynəlxalq İnsan Hüquqları Müdafiə komitəsinin Maliyyə departamentinin sədri Firdovsi Ələkbərov və Beynəlxalq İnformasiya Agentliyinin üzvləri, Azərbaycan Yazıçılar Birliyinin üzvü və “Əbədi Birlik” Gənclər İctimai Birliyinin fəxri üzvü Zakir Ağdamlı, şairlər, yazarlar və mətbuat nümayəndələri iştirak edib.

Tədbir zamanı 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən xalq yazıçısı Çingiz Abdullayev 20 Yanvar Faciəsi ilə bağlı qələmə aldığı “Qara Yanvar” kitabı haqqında tədbir iştirakçılarına məlumat verib.
O çıxışında bunları dilə gətirib: “Gənclərimiz tarixi həqiqətləri bilməlidir. Yaxın tariximizin öyrənilməsi və araşdırılması vacib vəzifədir. 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır.”

“Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev isə çıxışında 20 Yanvar Faciəsinin qanlı tariximiz olmasından savayı, şanlı tariximiz olmasını da dilə gətirib. Çünki, 20 Yanvar faciəsi dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu. Faciədən sonra Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi, ölkənin müstəqilliyi ideyası ümummilli amala çevrildi, dünya azərbaycanlıları yeni siyasi tariximizdə ilk dəfə olaraq milli faciəmizin tanıdılması və nəticələrinin aradan qaldırılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar.

Tədbir əsnasında Şimali Kipr Türk Respublikasının Cümhuriyyət Məclisinin sədri Zorlu Töre və Türkiyənin deputatı Osman Mestenin 20 Yanvar Faciəsi ilə bağlı “Əbədi Birlik” Gənclər İctimai Birliyinə göndərdiyi video-müraciət də tədbir iştirakçılarına təqdim olunub.
Video-müraciətdə Zorlu TÖRE:
“Əbədi Birlik” Gənclər İctimai Birliyinə buradan salam olsun! Təbii ki, Azərbaycan bizim can qardaşımızdır! Bizlər Türk dövlətiyik! Azərbaycanın acısı bizim də acımızdır. Azərbaycanda bir matəm varsa, o matəm də bizim matəmimizdir. 20 Yanvar günü bildiyimiz kimi Qızıl Ordu Azərbaycana, Bakı şəhərinə daxil oldu və Azərbaycanın aydın, ziyalı, vətənpərvər insanlarını qətl etdi.
Nəticədə SSRİ dağıldı, Azərbaycan azadlıq və suverenliyini qazandı. Bunun səbəbi Azərbaycan xalqının həmrəyliyi idi. Ona görə də 20 Yanvar Faciəsi zamanı Azərbaycan xalqının müqavimət əzmi Azərbaycanın müstəqilliyinə gedən yolda önəmli bir həmlə idi. Bu müqavimət zamanı şəhid olan qardaşlarımıza Allahdan rəhmət diləyirik!
Bunu bilməliyik ki, şəhidlər olmasa, qazilər olmasa, müqavimət olmasa Milli Dövlət olmaz, Milli Dövlət qurula bilməz! Bu gün can Azərbaycan dediyimiz bu qüdrətli dövlət Türk dünyasının qəlbində mühüm yer tutmaqdadır.” - demişdir.

Türkiyə Respublikasının deputatı Osman MESTEN: “ 20 Yanvar Şəhidlər Günü səbəbi ilə can azərbaycanlı can qardaşlarımı Türkiyədən hörmət və seygi ilə salamlayıram. Bildiyimiz kimi 20 Yanvar 1990-cı ildə Azərbaycan xalqı ən böyük qətliamlardan birini yaşadı. Bakıda 147 nəfər Sovetlər Birliyinin tankları altında qadın, uşaq, qoca demədən qətliama şahid oldu. Bunun səbəbi ilə şəhidlərimizi bir daha minnət və hörmətlə yad edirəm. Bu vəhşi qətliam sonrasında Azərbaycanın azadlıq yolu da tamamilə açılmış oldu. Şəhidlərə türk milləti qədər önəm verən başqa bir millət yoxdur! Tarix boyunca Türk millətinin önünü hər zaman şəhidlərimiz açmış və onların dəstəyi ilə əldə etdiyimiz zəfərlər nəticəsində böyük mədəniyyətlər qurmuş bir millətin bugünkü təmsilciləriyik. Beləliklə 20 Yanvar günü şəhid olan qardaşlarımızın açdığı yolda irəliləyərək Azərbaycan Ordusu bu gün Qarabağı işğaldan azad etmişdir. “ fikirlərini söyləmişdir.

Tədbir bədii qiraətlə davam etdirilib.

Allahdan şəhidlərimizə rəhmət diləyirik!


“Tariximizin qanlı və şanlı səhifəsi” adlı tədbir proqramı keçirildi
“Tariximizin qanlı və şanlı səhifəsi” adlı tədbir proqramı keçirildi
“Tariximizin qanlı və şanlı səhifəsi” adlı tədbir proqramı keçirildi
“Tariximizin qanlı və şanlı səhifəsi” adlı tədbir proqramı keçirildi
“Tariximizin qanlı və şanlı səhifəsi” adlı tədbir proqramı keçirildi


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR