İcra başçılarının hesabatları araşdırılacaq - İLGİNC

3-12-2018, 12:34 215 dəfə baxılıb

İcra başçılarının hesabatları araşdırılacaq - İLGİNC

Bu ayın ortalarından etibarən icra başçıları üçün yeni çətin sınaq dönəmi start götürəcək. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbə informasiya verib.

Xəbəri verən qaynaq iddia edir ki, bu ilin yekunları ilə bağlı rayon icra hakimiyyəti başçılarının hazırladıqları ənənəvi illik hesabatlar ciddi şəkildə təftiş olunacaq. Mənbənin dia.az-a söylədikləri:

"Bu vaxta qədər daha çox maliyyə nazirliyinin ekspertləri, habelə Hesablama Palatası yoxlamalar aparıb. Amma bu dəfə daha geniş miqyaslı təftiş gözlənilir və yoxlamaların nəticəsinə uyğun olaraq icra başçılarına münasibətlər də müəyyənləşəcək".

Mənbə iddia edir ki, bu barədə bəzi RİH rəhbərləri indidən xəbərdarlıq alıblar.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR