“Gözlənilən müharibə 2016-cı ildəkindən də ağır olacaq...”

24-12-2019, 21:46 327 dəfə baxılıb

“Gözlənilən müharibə 2016-cı ildəkindən də ağır olacaq...”

“Mövcud hakimiyyət orqanlarının Qarabağ münaqişəsinin həlli üçün nə bir strategiyası, nə də konsepsiyası var. Müxtəlif dövrlərdə strategiya və konsepsiyanın həqiqətən olmadığını göstərən fərqli açıqlamalar verirlər”.

Moderator.az xəbər verir ki, işğalçı ölkə saytlarnın yaydığı məlumata görə, bunu “ARF- "Daşnaksütyun" partiyasının siyasi məsələlər üzrə katibi “Ay Data” ofisinin rəhbəri Kiro Manoyan "Voskanapat" analitik mərkəzində müzakirə zamanı söyləyib.

"Rəsmi İrəvan Qarabağın danışıqlarda iştirak etməsinin vacibliyi haqda bəyanat verib. Lakin eyni baş nazir N.Paşinyan Bratislavadakı son görüşdən öncə Ermənistan parlamentindəki çıxışında bildirdi ki, Ermənistan və qarabağ hakimiyyət orqanlarının nizamlama prosesinə yanaşmalarında heç bir fikir ayrılıqları yoxdur və onlar yüz faiz eynidır. Bunu Qarabağın danışıqlarda iştirakı məsələsi səsləndiriləcək görüşdən əvvəl bəyan etmək qəribə və anlaşılmazdır. Çünki əgər eyni yanaşma varsa, Qarabağ niyə danışıqlarda iştirak etməlidir?”
-Kiro Manoyan belə deyib.

“Daşnaksütyun” nümayəndəsinin sözlərinə görə, danışıqlar masasında mərhələli tənzimləmə barədə sənədin olub-olmamasından asılı olmayaraq, beş-altı il əvvəl də belə cəhdlər edilib.

“Bu vaxta qədər danışıqların məntiqi budur ki, paket həll mərhələli ola bilər. Digər tərəfdən, strategiyanın olmaması bizi riskə ata bilər. Hesab edirəm ki, qarşıda gözlənilən müharibə, , 2016-cı ildəkindən də ağır olacaq. Çünki Azərbaycan buna hazırlaşıb. Müharibə qaçılmazdır. Biz hər zaman buna hazır olmalıyıq "-deyə daşnak erməni həyəcanını gizlətməyib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR