Astaralı “Mauqli” tapıldı - BEŞ GÜN MEŞƏDƏ

5-11-2015, 12:40 909 dəfə baxılıb

Astaralı “Mauqli” tapıldı - BEŞ GÜN MEŞƏDƏ

















Astarada itkin düşmüş 16 yaşlı oğlan tapılıb

APA TV-nin Cənub bürosunun məlumatına görə, rayonun Rinə kənd sakini, 1999-cu il təvəllüdlü Şahid Kərəm oğlu Əzizov oktyabrın 26-da səhər saat 9.00 radələrində qoz yığmaq üçün meşəyə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı dərhal rayonun hüquq mühafizə orqanları məlumatlandırılıb. 10-cu sinif şagirdi olan Şahid Əzizovun axtarışına həmçinin kənd sakinləri cəlb olunublar.

İtkin düşdüyü güman edilən gənc oğlan oktyabrın 31-də - cəmi 5 gün sonra sağ-salamat evinə qayıdıb.

İlkin versiya kimi, onun evdən getməsinə səbəb ailəsindən incik düşməsi bildirilirdi. Lakin həm Şahid, həm də atası Kərəm kişi bu iddiaların həqiqətə uyğun olmadığını bildiriblər.

Şahidin sözlərinə görə, duman olduğundan, o, meşədə azaraq evə qayıda bilməyib. Havanın qaraldığını görəndə dəfələrlə qışqıraraq yaxınlarını köməyə çağırıb.

"Gecələr ağacda gizlənirdim. Qoz, meyvə yeməklə aclığın qarşısını alırdım. Nəhayət, mal-qaranın ayaq izləri ilə gəlib evə çıxdım".

Evə gələn Şahidin dili qorxudan tutulub və bir neçə gün danışa bilməyib.

Kərəm Əzizovun sözlərinə görə, oğlunun evdən küsərək getdiyi barədə ehtimallar tamamilə əsasızdır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR