Cəbhə xəttində vəziyyəti düşmən hələ çoxmu diqtə edəcək?

28-12-2019, 22:48 212 dəfə baxılıb

Cəbhə xəttində vəziyyəti düşmən hələ çoxmu diqtə edəcək?

Bu gün qondarma Dağlıq Qarabağ rejiminin müdafiə nazirliyi ilin yekunlarına həsr olunmuş hesabat yayıb. İlin əvvəlindən atəşkəs rejiminin 9.000 dəfə pozulduğunu və əsasən yüngül silahlardan istifadə edildiyini deyən işğalçılar 2010-cu ildən indiyədək ən az atəşkəs rejiminin məhz bu il-2019-da olduğunu və bunu Ermənistan rəhbərliyinin apardığı siyasətin nəticəsi kimi dəyərləndirib. Düşmən ordunun hesabatında o da xüsusi vurğulanıb ki, Artsax-Azərbaycan cəbhəsində vəziyyəti onlar diqtə edir:
“Yuxarıda deyilənləri ümumiləşdirərək, aşağıdakıları vurğulamaq lazımdır: danışıqlar masasında irəliləyişin olmaması və Qarabağ probleminin güc yolu ilə həlli ilə bağlı Azərbaycanda ən yüksək səviyyədə səslənən fikirlərinə Atsaxın Müdafiə ordusu il boyu gücünə və döyüş effektivliyinə görə cavab verdi və vəziyyəti ön planda diktə etmək rolunu oynamağa davam edib”-düşmənin hesabatında belə deyilir.
Göründüyü kimi, ermənilər ilin yekunundan razıdırlar, çünki cəbhədəki vəziyyəti diqtə etdiklərini fəxrlə söyləyirlər. İlin yekununa hətta kənardan nəzər salsaq, acı da olsa düşmənin həqiqəti söylədiyini biz də etiraf etməliyik. Faktiki olaraq düşməni təlaşa sala biləcək heç bir əməliyyat keçirilməyib. Elə buna görə də 17000 min etnik erməni rahat şəkildə işğal olunmuş ərazilərimizdə rahat şəkildə məskunlaşıblar. Məskunlaşmanın dünya tərəfindən reallıq olaraq qəbul edildiyini, Azərbaycanın “ uzaqbaşı beynəlxalq məhkəməyə müraciət edə biləcəyini” vurğulayan düşmən gələn ildən daha sürətlə məskunlaşma aparılacağına işarə vurub. Bizim susqunluğumuzun fonunda ərazilərimizdə ermənilərin rahat məskunlaşması təbii qəbul olunmalıdır və bu gedişlə gələn ilin yekun hesabatında bir o qədər də erməninin məskunlaşdığı barədə rəqəmləri oxusanız təəccüblənməyin.
Maraqlıdır, Azərbaycan Müdafiə Nazirliyi necə, ilin yekunundan razıdırmı? Cəbhə xəttində vəziyyəti düşmən hələ çoxmu diqtə edəcək?
Bu arada Rusiya prezidenti Vladimir Putin bu gün Ermənistan baş naziri Nikol Paşinyanı Yeni il və Milad bayramı münasibətilə təbrik edib. Təbrikdə “iki qardaş xalqın əsrlərə söykənən dostluğu və ruhən yaxınlığı” qeyd edilib.

İlham İsmayıl


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR