Çingiz Qənizadəyə sürpriz rəqiblər - Keçmiş prokurorların mübarizəsi

14-01-2020, 16:48 291 dəfə baxılıb

Çingiz Qənizadəyə sürpriz rəqiblər - Keçmiş prokurorların mübarizəsi

80 saylı İmişli-Beyləqan seçki dairəsində gərgin seçki gözlənilir.

BakuPost xəbər verir ki, dördüncü (2010-2015) və beşinci (2015-2020) çağırış Milli Məclisə bu dairədən deputat seçilən Çingiz Qənizadə bu dəfə sürpriz namizədlərlə qarşılaşıb. Bakının keçmiş prokuroru olan Çingiz Qənizadənin bu dəfə əsas rəqibi keçmiş Baş prokuror İxtiyar Şirinovun oğlu Hikmət Şirinovdur. Hikmət Şirinov həmçinin, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin yaxın qohumudur.

Ç.Qənizadənin daha bir rəqibi isə gənc yazıçı Kəramət Böyükçöldür. Kəramət siyasi proseslərdə o qədər aktiv olmasa da, sosial şəbəkələrdə böyük auditoriyaya sahibdir və o, çox aktiv seçki kampaniyası aparır. Bunun fonunda Çingiz Qənizadə isə bu dəfə ümumiyyətlə “gözə dəymir”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR