MSK-dan namizədlərə XƏBƏRDARLIQ: “Şəkilləri lövhələrdən çıxarın”

9-02-2020, 17:22 377 dəfə baxılıb

MSK-dan namizədlərə XƏBƏRDARLIQ: “Şəkilləri lövhələrdən çıxarın”

Növbədənkənar parlament seçkilərinə cəmi 1 gün qalıb.

Bildirək ki, Azərbaycan parlamentində 125 deputat yeri var. Hazırda bu yerlərə 1314 rəsmi iddiaçı var. Bu şəxslərin hər biri yanvar ayının 17-dən təbliğat-təşviqat kampaniyasına başlayıblar. Təbliğat formalarından biri də namizədlərin öz posterlərini lövhələrə yapışdırması idi.

Maraqlıdır, görəsən, namizədlərin lövhələrdəki posterləri nə vaxt və kimlər tərəfindən yığışdırılacaq?

Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov bildirib ki, MSK-ya məxsus lövhələrdən posterlərin yığılması Seçki komissiyasının üzvləri tərəfindən həyata keçirilir, digərləri isə namizədlərin öz səlahiyyətindədir və gün ərzində yığışdırılmalıdır:

"Mərkəzi Seçki Komissiyasının iki lövhəsi var ki, onlardakı plakatlar MSK-nın üzvləri tərəfindən yığışdırılır. Lakin kənar özəl yerlərə hansı namizəd plakat yapışdırıbsa, şəxs özü gedib yığmalıdır. Artıq bununla bağlı bu gün göstəriş verilib, səhər saat 8-dən sökülməyə başlanıb. Bizdə proses 15 dəqiqə davam edir, çünki iki lövhə var. Lakin namizədlər gün ərzində bunu etməlidirlər, çünki sabah artıq seçkidir".


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR