Əli İnsanov da bəraət istəyir - MƏHKƏMƏYƏ MÜRACİƏT

30-04-2020, 10:11 159 dəfə baxılıb

Əli İnsanov da bəraət istəyir - MƏHKƏMƏYƏ MÜRACİƏT

Sabiq səhiyyə naziri Əli İnsanov məhkumluğunun vaxtından əvvəl götürülməsi üçün məhkəməyə müraciət edib.

Cebhe.info-nun məlumatına görə, sabiq nazir Binəqədi Rayon Məhkəməsinə ərizə təqdim edib. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.5-ci maddəsinə əsasən şəxs cəzanı çəkib qurtardıqdan sonra nümunəvi davranışı ilə islah olunduğunu sübut edərsə, Məhkəmə həmin şəxsin vəsatəti əsasında məhkumluğu vaxtından əvvəl onun üzərindən götürülə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 509.1.8-ci maddəsinə əsasən Məhkəmənin hökmü çıxarıldıqdan sonra onun icrası qurtaranadək məhkum edilmiş şəxs məhkumluğunun vaxtından əvvəl götürülməsi haqqında ərizə ilə Məhkəməyə müraciət etmək hüququna malikdir.

Göstərilənlərə əsasən mənim Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin 1(002)-95/2017 saylı iş üzrə 26 Aprel 2017-ci il tarixli hökmü ilə üzərimə qoyulmuş məhkumluğumun vaxtından əvvəl götürülməsi barədə qərar çıxarılmasını xahiş edirəm”-müraciətdə belə deyilir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR