Zakir Həsənov bacanağına vəzifə verib?
Müdafiə Nazirliyində kadr dəyişikliyi baş verib.
Bizimxeber.az-a daxil olan məlumata görə, nazir Zakir Həsənovun müvafiq əmri ilə MN-in Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev vəzifədən azad olunub. Onu müavini polkovnik Elxan İbrahimov əvəzləyib.
Daha bir dəyişikliyə görə, Baş Klinik Hospitalın rəisi Tofiq Tağıyev də vəzifəsindən azad olunaraq Tibb Baş İdarəsinin kardioloqu təyin olunub.
Qeyd edək ki, polkovnik Elxan İbrahimov nazir Zakir Həsənovun bacanağıdır və əvvəllər Daxili Qoşunlarda xidmət edib. Həmçinin o, Hərbi Həkim Komissiyasının rəisi işləyib.