Ordumuz darmadağın etdi: daha sığınmalı “sədd” yoxdur - TƏHLİL

14-10-2020, 12:02 42 dəfə baxılıb

Ermənistan I Qarabağ müharibəsində iştirak etmiş, indi isə qocalmış şəxsləri “təcrübəli” adı altında orduya cəlb edir. Bu, sadəcə, bir ölkənin ordusunun canlı qüvvə çatışmazlığı yox, eyni zamanda, düşdüyü acınacaqlı vəziyyətdir.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Azərbaycanın işğal edilmiş̧ Dağlıq Qarabağ bölgəsinə muzdlu döyüşçülərin gətirilməsinin qanuniləşdirməsi haqda danışarkən deyib.

Politoloqun sözlərinə görə, Ermənistan Azərbaycanla döyüşlərə muzdlu qüvvə gətirməyə məcburdur:

“Azərbaycan Ordusunun zərbələrindən sonra erməni ordusu faktiki olaraq darmadağın olub. Məsələ sadəcə canlı qüvvə itkisindən yox, eyni zamanda psixoloji sarsıntıdan gedir. Diqqət etsəniz, bu günə qədər erməni təbliğat maşınının aktiv fəaliyyəti nəticəsində “məğlubedilməz erməni ordusu”, “keçilməz Ohanyan səddi” kimi miflər var idi. Lakin Azərbaycan Ordusunun qətiyyətli və sarsılmaz əzmi nəticəsində bu gün ermənilərin arxasına sığına biləcəyi bir “sədd” yoxdur. Bu gün Azərbaycan Ordusunun qarşısında zəif, aciz və psixoloji olaraq çökmüş bir Ermənistan ordusu var. Ermənistan ordusunun ard-arda aldığı məğlubiyyət ordudan yayınma, fərarilik və s. kimi problemləri də ortaya çıxarıb. Mövcud vəziyyətdə rəsmi İrəvan öz ordusunu xarici muzdlular və təbliğat nəticəsində formalaşdırmağa çalışır. Son bir ayda ASALA, YPG, PKK, PYD, “Vaqner” kimi muzdlular Ermənistan ordusuna cəlb edilib. Bu, faktdır və Ermənistan ordusunun çöküşünü göstərir”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR