ABŞ prezidentinin oğlu kiçik Donald Trampın avqust ayında Monqolustana etdiyi ov səfəri zamanı rusiyalı biznesmen Umar Kremlyovla birgə vaxt keçirdiyi ortaya çıxıb.
Bu barədə "Financial Times" nəşri məlumat yayıb.
Nəşrin bildirdiyinə görə, tərəflər birgə foto çəkdirməməyə və diqqət cəlb etməməyə çalışıblar.
Lakin onların iki gün ərzində bir yerdə olduqlarını yerli məmurlar və bələdçilər təsdiqləyiblər.
Kremlyov sosial şəbəkədə ov hazırlığını əks etdirən video paylaşıb.
Kadrlarda kiçik Trampın özü görünməsə də, onun səfərini təşkil edən iki şəxs videoda yer alıb.
loading...