“Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq”

Bu gün, 06:54 5 dəfə baxılıb

“Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq”


Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən danışıb.

“Dövlət başçısı BMT-nin Nizamnaməsinə, özünümüdafiə hüququna əsaslanaraq illər boyu işğal altında qalmış ərazilərimizi azad etdiyimizi bildirərək deyib: “Biz beynəlxalq hüququ, ədaləti bərpa etdik. Biz öz gücümüz hesabına BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin icrasını təmin etdik”.

***

Prezident bildirib: “Bu gün biz meydana çıxan yeni müharibələri görürük. Hər il, demək olar ki, bunun şahidiyik”.

Müharibələrin dayandırılması ilə bağlı Azərbaycanın təcrübəsinə toxunan dövlət başçısı deyib: “Biz müharibədən qalib çıxdıq və bizim mübarizəmiz düzgün idi. Düşmən kapitulyasiya etdikdən sonra biz bundan o tərəfə getmədik, dayandıq və sülh təklif etdik”.

Bu təcrübəyə nəzər salınmalı olduğunu və müharibə tərəflərinin bunu tədqiq etməli olduqlarını deyən Prezident vurğulayıb ki, bizim qurduğumuz mövcud presedent bəzi münaqişələrin aradan qaldırılmasına da xidmət edə bilər.

***

Dövlət başçısı qeyd edib ki, ikili standartlar siyasəti tam şəkildə beynəlxalq siyasətdən çıxarılmalıdır.

Cəmiyyətimizin ikili standartlara sıfır tolerantlıq göstərdiyini xatırladan Prezident İlham Əliyev deyib ki, bu həmçinin müxtəlif müharibə və münaqişələrin həllində tətbiq olunmalıdır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR