Mirzoyan: “Azərbaycanla sərhəddə hərbçilərin sərhədçilərlə əvəzlənməsi yeni eskalasiya ehtimalını azaldacaq”

13-04-2023, 13:14 56 dəfə baxılıb

Mirzoyan: “Azərbaycanla sərhəddə hərbçilərin sərhədçilərlə əvəzlənməsi yeni eskalasiya ehtimalını azaldacaq”


“Azərbaycanla sərhəddə hərbçilərin sərhədçilərlə əvəz edilməsi məsələnin tam şəkildə həllinə imkan verəcək və yeni eskalasiya ehtimalını azaldacaq”.

Bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Şimali Makedoniyadan olan həmkarı ilə İrəvanda keçirdiyi birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, hazırda bəzi ərazilərdə artıq sərhədçilər xidmət edirlər. “Və təcrübə göstərir ki, ordu hissələrinin yerləşdiyi bölmələrlə müqayisədə bu ərazilərdə toqquşmaların baş vermə ehtimalı daha azdır”, - deyə o vurğulayıb.//oxu.az


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR