İlham Əliyev: Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə yükdaşımaları ildə 15 milyon tona çatdırmağa hazırıq

Bu gün, 06:59 14 dəfə baxılıb

İlham Əliyev: Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə yükdaşımaları ildə 15 milyon tona çatdırmağa hazırıq


Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini davamlı olaraq möhkəmləndirir, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq dəhlizləri boyunca etibarlı tranziti təmin edir.
Bu sözləri Prezident İlham Əliyev Türkmənbaşıda keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib.

Dövlət başçısı vurğulayıb: "2026-cı ilin birinci yarısında Azərbaycandan keçən tranzit daşımalarının həcmi 10 faiz artaraq təxminən 8 milyon tona çatıb. Ortamüddətli perspektivdə məqsədimiz Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycandan yükdaşımaları hər bir istiqamətdə 15 milyon tona çatdırmaqdır".


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR