Gələn ay 8 noyabr Zəfər Günü və 9 noyabr Azərbaycan Respublikasının Dövlət bayrağı günü ilə əlaqədar 4 gün iş olmayacaq.
Bu il 8 noyabr Zəfər Günü bazar gününə təsadüf edir.
Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.
Bununla əlaqədar istirahət günü bilavasitə bayram günündən sonrakı iş günü olan 10 noyabra keçiriləcək.
Beləliklə, 7 noyabr şənbə günü olduğundan 4 gün ardıcıl – 7, 8, 9 və 10 noyabrda iş olmayacaq.
Xatırladaq ki, 12 noyabr Konstitusiya günü və 17 noyabr Milli Dirçəliş günü iş günü hesab edilən bayram günləridir./NOCOMMENT.az
loading...