“Qarabağda vəziyyət yenidən gərginləşib” - "Nezavisimaya Qazeta"nın "timsah göz yaşları"

14-02-2019, 23:01 432 dəfə baxılıb

“Qarabağda vəziyyət yenidən gərginləşib” - "Nezavisimaya Qazeta"nın "timsah göz yaşları"


1992-ci il fevralın 14-ü Minskdə Azərbaycanın MDB-ə və MDB Baş Komandanlığının müdafiə nazirləri Şurasına daxil olmayacağı qəti aydın olandan sonra, marşal Şapoşnikov fevralın 15-dən Rusiya hərbi helikopterlərinin Xocalıya uçuşlarını dayandırdı, dinc əhalinin təhliyəsi üçün son hava yolu bağlandı...

Bir neçə gündən sonra əsrin ən amansız qətliamlarından biri olan Xocalı facisəinin növbəti ildönümünü hüznlə qeyd edəcəyik. Bu gün eks-prezident Ayaz Mütəllibov Moderator.az-a açıqlamasında həmin olaylarla bağlı bu günədək mətbuatda işıqlandırımamış məqamlardan danışıb.

Moderator.az mövzunu davam etdirərək "Nezavisimaya Qazeta"nın 1992-ci ilin 16 fevral tarixli buraxılışındakı həmin hadisələrə həsr olunmuş məqalənin tərcüməsini təqdim edir. Tarixə qısa ekskurs etmək və yaddaşları təzələmək baxımından məqalənin oxucularımızın diqqətini cəlb edəcəyini düşünürük:


Məqalədə deyilir ki, “NQ”-nın (“Nezavisimaya Qazeta”-dı) müxbirinə məlum olduğuna görə, “14 fevral (92-ci il) Minsk görüşündə Yevgeni Şapoşnikov (MDB qüvvələrinin komandanı) Ayaz Mütəllibovun irəli sürdüyü Azərbaycan tərəfinin hərbi sahədə bütün tələblərini eşitməzliyə vurdu. Söhbət, 1 marta qədər Azərbaycan ərazisində yerləşən keçmiş Sovet Ordusunun hərbi hissələrinin Azərbaycan Silahlı Qüvvələrinin tərkibinə daxil edilməsi tələbindən gedir.

Keçmiş sovet ordusunun Cənub İstiqaməti komandanı Nikolay Popov bu məslənin həllini 14 fevral Minsk görüşü ilə bağlamışdı.

Minskdəki görüşdə Mütəllibov və Şapoşnikov yüksək tonda danışırdılar… İclaslar arası fasilədə Azərbaycan prezidentinin mətbuat katibi Rasim Ağayev “Azərİnforma” Şapoşnikovun, “Azərbaycanın öz Silahlı Qüvvələri məsələsini həll edərkən deyib ki, ehtiyatlı olmalıyıq, çünki regionda təhlükəli konflikt gedir.”

Cavabında A. Mütəllibov “Milli Silahlı Qüvvələrin yaradılması tamamilə müstəqil Azərbaycanın haqqıdır.”

Mütəllibov həmçinin tələb etmişdi ki, 366 polk azərbaycanlı əhaliyə qarşı döyüş əməliyyatlarında bilavasitə iştirak etdiyini görə, Xankəndidən dərhal çıxarılmalıdır. Cavabında Şapoşnikov dedi ki, “366 polk Xankəndidə nə qədər lazımdı o qədər qalacaq”, amma “Mütəllibovun informasiyasını yoxlamaq üçün” MDB hərbi ekspertlər qrupunu 17 fevralda Azərbaycana göndərəcəyinə söz verdi.”

A. Mütəllibov HHM sistemini də Azərbaycanın nəzarətinə verilməsini tələb etdi, lakin Şapoşnikov bu tələbi də diqqətsiz qoydu. Mütəllibov görüş iştirakçılarının diqqətini Azərbaycandan hərbi əmlakın sanksiyasız (qanunsuz) çıxarılmasına yönəltdi.

Minskdə dövlət başçılarının görüş keçən zaman Dağlıq Qarabağda vəziyyət yenidən kəskinləşdi və dərhal Bakıya qayıtması qərarını elan etdi. Minskdən yola düşərkən, Azərbaycan nümayəndə heyəti Bəyanat yayıb. Bəyanatda deyilirdi ki, “Xankəndidə yerləşən 366 -cı polk zirehli texnika və artilleriya vasitələri ilə Xocalı qəsəbəsinə genişmiqyaslı hücumda iştirak edir.” Həmiçinin bəyanatda qeyd edilirdi ki, “Moskvadakı bəzi qüvvəllər 366-cı polku Azərbaycana qarşı təzyiq vasitəsi kimi işlətmək istəyir”.

“Turan” agentliyinin verdiyi xəbərə görə, 14 fevral axşam erməni yaraqlılarının və 366-cı polkun hücumu zamanı Ağdam və Xocalı top atəşinə məruz qalıb. Ağdam xəstəxanası birbaşa mərmi dəyməsilə dağıdılıb, nəticədə 4 həkim həlak olublar. Xocalıdakı itkilərin sayı dəqiqləşdirilir, böyük dağıntılar var. Xocalı uğrunda döyüşlər 14-dən 15-nə keçən gecə və gün ərzində davam edib. AXC-nin məlumat mərkəzindən verilən məlumata görə, Xocalı əhalisi erməni yaraqlıların, qəsəbəni saat 18-ə qədər tərk etmək haqqında ultimatumunu rədd etdi. “Yaşadıqları yerləri 3 gün ərzində tərk etsinlər” ultimatumlarını Əmirallar və Qaradağlı kəndinin də əhalisi alıb. Bu kəndlər və həmçinin Sırxavənd və Umudlu tamamilə blokadaya düşüblər və bunların erməni silahlı dəstələri tərəfindən zəbt olunmaları təhlükəsi var.

15 fevralda Ağdamda Qarabağ köçkünləri A. Mütəllibovdan qətiyyətli tədbirlər keçirməsi tələbilə mitinq keçiriblər.

Bu zaman isə 13 fevralda Bakıya gəlmiş ATƏM-in 12 nəfərlik ekspert qrupu respublikanın rəsmi şəxslərilə görüşüb. “Azərİnformun” verdiyi məlumata görə, 15 fevralda Milli Təhlükəsizlik naziri İlhüseyn Hüseynov ekspert qrupuna “erməni dəstələrinin fəaliyyəti və onların cinayyətlərində beynəlxalq terorçu təşkilatlarının iştirakı haqqında” materiallar təqdim etdi. İ. Hüseynov bəyan etdi ki, “Ermənistan beynəlxalq hüquq normalarını pozaraq, Azərbaycanda silahlı dəstələrin təşkili, maliyələşdirməsi və müasir silahlarla təhcizi ilə məşquldu”

16 fevralda ATƏM-in nümayəndə heyyətini A. Mütəllibov qəbul etmişdi …

17 fevralda ATƏM-in nümayəndə heyyəti Dağlıq Qarabağa yola düşdü...

Ardı var...


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR