De Vaaldan Qarabağ açıqlaması: - Bakı Nikola şans verdi

2-03-2019, 23:09 398 dəfə baxılıb

De Vaaldan Qarabağ açıqlaması: - Bakı Nikola şans verdi


Qarabağ konfliktinin həlli istiqamətində gedən son proseslərlə bağlı realist olmaq lazımdır.

Bunu “EurasiaDiary” portalına müsahibəsində britaniyalı jurnalist Tomas de Vaal deyib.

“2019-cu ilin Qarabağ üçün əvvəlki illərlə müqayisədə daha pozitiv başladı. 2018-ci ildə təmas xəttində 14 nəfər ölüb ki, bu da əvvəlki illərlə müqayisədə yaxşı statistikadır. Bununla belə realist olmaq və çox heç nə gözləməmək gərəkdir. Ermənistan və Azərbaycan üç il əvvəl Dördgünlük müharibə apardılar. 2011-ci ildəki Kazan prosesindən sonra sülh danışıqları praktiki olaraq dondurulmuşdu. Bu gün biz danışıqların başlanğıc səviyyəsinə qayıtmasından danışırıq. Əvvəlki kimi daimi görüşlər keçirilmir”, – deyə o bildirib.

Onun sözlərinə görə, Nikol Paşinyanın Qarabağla bağlı mövqeyi Ermənistanın bütün əvvəlki liderlərinən fərqlənir:

“Birincisi, o, sələflərindən daha böyük demokratdır. O, səmimi şəkildə cəmiyyətlə dialoq aparmaq və sadə xalqın fikrini öyrənmək istəyir. İkincisi o, Qarabağdan yox, İrəvandandır. Ona görə də Qarabağ erməniləri adından danışması çətindir. Qarabağın özündəki hakimiyyətdə Paşinyana sadiq müttəfiq olmayan köhnə siyasi rejim qalır. Məhz bununla o, danışıqlarda vurğuladığı yeni yanaşmanı izah edir”.

O, həmçinin, Azərbaycanın Qarabağla bağlı mövqeyinin dəyişmədiyini, son zamanlar Paşinyana özünü göstərməsi üçün ona şans verdiyini bildirib. De Vaal tərəflər arasında yumşalmalar olmasına rəğmən, iki dövlətin də siyasi mövqeyində dəyişiklik olmadığını, yaxın gələcəkdə konfliktin həllində proqres olmayacağını deyib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR