Xəyalə Əsədova:"Əhali öz dövlətinin dəstəyini görür və ona arxalanır"

11-03-2019, 22:17 579 dəfə baxılıb

Xəyalə Əsədova:"Əhali öz dövlətinin dəstəyini görür  və ona arxalanır"

"Sosial siyasət Azərbaycanda planlı şəkildə proqramlar üzrə həyata keçirilir və davamlı xarakter daşıyır. Dövlət başçısı ilə vətəndaşlar arasında inam, etimad və etibar olduqda cəmiyyət, eyni zamanda, ölkə inkişaf edir."

Azerinfo.tv bildirir ki, bunuMasallı rayon, Göyəçöl bələdiyyəsinin sədri Xəyalə Əsədova deyib.

O bildirib ki, bunun başlıca səbəbi heç şübhəsiz ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət və bu siyasətin xalq tərəfindən dəstəklənməsidir:

"Hakimiyyət-xalq vəhdəti buradan ortaya çıxır. Bunu zəruri edən şərtlər çoxdur və həmin şərtlər Azərbaycanda təmin olunub. Bunun hüquqi, sosial, iqtisadi və s. əsasları var. Ancaq bu planda önə çıxan ilk növbədə Azərbaycan vətəndaşının rifahı, onun həyat səviyyəsinin yaxşılaşdırılmasıdır ki, bu siyasət daim Azərbaycan Prezidenti tərəfindən həyata keçirilib və bu gün də davam edir. Bunu müxtəlif komponentlər üzrə qısaca səciyyələndirsək görəcəyik ki, burada əhalinin sosial rifahı ilə bağlı qəti qərarlar qəbul olunur və onların həyat keyfiyyəti yaxşılaşdırılır. Bu, bir tərəfdən ümumi qaydada daimi aparılan sosial siyasətdir, həm də Ermənistanın işğalı nəticəsində meydana çıxan bir milyondan çox qaçqın və məcburi köçkünlərimizin, eləcə də müharibə iştirakçıları və şəhid ailələrinin sosial problemlərinin həllini əhatə edir".
Bələdiyyə sədri əlavə edib ki, prezidentin problemli kreditlərlə bağlkı qərarı, pensiyaların artımı ilə bağlı qərarı da bütün ölkə vətəndaşları kimi masallıları da sevindirib. Əhali öz dövlətinin dəstəyini görür və ona arxalanır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR