Rəsmi Bakı Şri-Lankadakı terror aktlarını pislədi

21-04-2019, 17:26 300 dəfə baxılıb

Rəsmi Bakı Şri-Lankadakı terror aktlarını pislədi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) aprelin 21-də Şri-Lankada törədilmiş terror aktlarını pisləyib.
Azerinfo.tv xəbər verir ki, bu barədə XİN-in rəsmi "Facebook" səhifəsinə yerləşdirilən məlumatda deyilir.

"Şri-Lankada kilsə və mehmanxanalara çoxsaylı günahsız insanların həlak olması və yaralanması ilə nəticələnən dağıdıcı terror hücumlarını qınayırıq. Şri-Lanka xalqına və ölənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara tezliklə şəfa tapmalarını diləyirik", - deyə nazirliyin məlumatında qeyd olunub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR