Ay əclaflar, niyə məni döyürsünüz, gələn il sizə Yezid lazım olmayacaq?

25-01-2021, 20:00 210 dəfə baxılıb

Əzəl gündən Qaşıqlı kəndinin adamları Danaburnu kəndinin əhalisi ilə yola getməyiblər. Harda oldu mübahisə edirdilər. 
   
Xəlil dayının 70 yaşı var idi. Qaşıqlı kəndində yaşayırdı.Teatrda aktyor işləyirdi. Son zamanlar tamşalarda ona rol vermiridlər. Bütün günü teatrın pilləkənlərinda əyləşib fikir edirdi.  Arada kasıb adamların toylarına tamada gedərdi, amma son vaxtlar o da yox idi, çünki dişlərinə protez qoydurmuşdu, səsi fısıldayırdı.

Xəlil dayı pulsuzluqdan əziyyət çəkirdi. Məhərrəmlik ucbatından tamada məsləsi də mümkün deyildi.
  
Əlini arxasına qoyub avtobus dayanacağına tərəf getdi. Elə bu vaxt qarşısında avtomobil dayandı, iki nəfər enib Xəlil dayını qucaqladı. Xəlilə səhərdən onu axtardıqlarını dedilər. Danaburnu kəndində bu gün şaxsey-vaxsey idi. Qətl sınan gün idi, həmişəki kimi şəbeh göstəriləcəkdi. 
  
Ay əclaflar, niyə məni döyürsünüz, gələn il sizə Yezid lazım olmayacaq?Xəlil dayı şəbehdə hansı obrazı yaradacağını soruşdu. Dedilər ki, Yezidi oynayacaq və qarşılığında 50 manat da pul alacaq. Xəlil dayı Danaburnu kəndinə getməkdən imtina etmək istədi. Amma pula görə etiraz etmədi.

Danaburnu kəndinin meydanında tünnük idi. Hamı qara geyinmişdi. Bir saat sonra baş yarıb sinə vuracaqdılar. Zəncirlərin şaqqıltısı Xəlil dayını bir az qorxutmuşdu. İlk dəfə idi, belə şeylə rastlaşırdı. 

Meydana  72 nəfər qara paltarlı adam çıxdı. Xəlil dayı Yezidin paltarını geyinib əlinə taxta qılınc aldı. 
  
İmam Hüseyn tərəfdarları taxta qılınclarını göydə fırladaraq Xəlil dayıya tərəf yüyürdülər. Kənarda dayanan kənd camaatı "Ya Hüseyn!” deyə bağıraraq Yezidə qarğışlar yağdırırdılar. Döyüşçülər Xəlil dayını divara sıxışdırdılar. Ekstaza düşən Hüseyn tərəfdarları Xəlil dayını vurmağa başladılar. Xəlil dayı obraza girib bir az müqavimət göstərmək istədi. Bundan qəzəblənən döyüşçülər biraz da irəli yaxınlaşılar. Şəbehə tamaşa edənlərdən kimsə Xəlil dayını tanıdı və  yüksək səslə "Yezid nəinki yeziddi, həm də Qaşıqlı kəndindəndir” deyə qışqırdı. Bunu eşidən Hüseyn tərəfdarları Xəlil dayını doğrudan vurmağa başladılar. Xəlil dayının burnu partladı. Qan üzünə yayıldı. Xəlil dayı onların əlindən qurtulub qaçaraq bir ağacın üstünə tullandı. Bunu görən tamaşaçılar da döyüşə atıldılar. Xəlil dayı ağacdan divarın üstünə çıxdı və yüksək səslə bağırdı:
- Ay əclaflar, niyə məni döyürsüz? Gələn il sizə Yezid lazım olmayacaq? 

Tahir Tahiroviç


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR