Mehman Kərimov şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına, aztəminatlı ailələrə göstərdiyi diqqət və qayğı hər kəs tərəfindən qiymətləndirilir

Beyləqan şəhər Təbiət və Humanitar fənlər təmayüllü liseyinin direktoru Mehman Kərimov fəaliyyəti hər zaman göz önündə olub və geniş ictimaiyyət tərəfindən də daim qiymətləndirilib. Hal-hazırda bölgə sakinlərinin tam əksəriyyət Mehman Kərimovun qürurlu adı ilə öyünür, onunla iftixar hissi də keçirirlər. Çünki, bu şəxs indiyə qədər xeyirxah əməlləri, atdığı addımları ilə yaşadığı ömür yollarında elə bir iz buraxıb ki, həmin iz müasir dövrümüzün bugünkü tarixinə birdəfəlik həkk olunub. Bəli, bu gün də o, hər kəs üçün əzizidir, hər kəsin rəğbət bəslədiyi, hörmət göstərdiyi ləyaqətli vətən övladıdır. Belə bir səbəbdəndir ki, vətənimizin sayılıb–seçilən övladlarından biri olan Mehman Kərimovun adı el-oba arasında dillər əzbəridir. Gənc yaşlarından halal zəhmətlə çörək qazanmağa çalışan, özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin ən ülvi amallar uğrunda yorulmadan çalışması, məhz Mehman Kərimovun kamil bir şəxs olmasından xəbər verir. Bundan əlavə, bu şəxsin heç bir təmənna, hansısa maraq və məqsəd güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması da, məhz hər kəsə bəlli olan həqiqətlərdir. Bundan əlavə, hal-hazırda Mehman Kərimov bu gün də ölkə rəhbərinin yürütdüyü daxili iqtisadi siyasətə lazımınca dəstəyini ifadə edir. Unutmaq olmaz ki, bu şəxs Vətən müharibəsinin davam etdiyi vaxtlarda şəhid ailələrinə baş çəkmiş, şəhidlərin hüzr mərasimlərində iştirak etmiş, imkan daxilində onların ailələrinə, yaralı əsgər və zabitlərimizə, imkansız ailələrə, xəstələrə, yaşlı nəslin nümayəndələrinə və s. müəyyən köməkliyini göstərmişdir. Bu gün də onun şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına, aztəminatlı ailələrə və digər imtiyaz sahibi olanlara göstərdiyi diqqət və qayğı hər kəs tərəfindən qiymətləndirilir. Belə bir səbəbdəndir ki, Beyləqan şəhər Təbiət və Humanitar fənlər təmayüllü liseyinin direktoru Mehman Kərimov bu yöndə atdığı hər addım, ortaya qoyduğu yanaşma və s. geniş ictimaiyyət tərəfindən hər zaman qiymətləndirilir.
AZƏRBAYCAN KARATE FEDERASİYASININ KEÇİRDİYİ XXVII AÇIQ RESPUBLİKA ÇEMPİONATINDA II YERİ TUTDUĞUNA GÖRƏ BEYLƏQAN ŞƏHƏR E.BAYRAMOV ADINA TƏBİƏT VƏ HUMANİTAR FƏNLƏR TƏMAYÜLLÜ LİSEYİN 9B SİNİF ŞAGİRDİ HƏSƏNLİ RAUL RƏFAEL OĞLU DİPLOMLA TƏLTİF OLUNMUŞDUR.
TƏBRİK EDİRİK .UĞURLARI DAVAMLI OLSUN.
[medium]https://kanal555.com/uploads/posts/2024-06/1717496293_447725037_786887930090058_1456641917274342290_n.jpg[/medium]
Mil-Muğan Regional Təhsil İdarəsi Beyləqan şəhər E.Bayramov adına Təbiət və Humanitar fənlər təmayüllü liseydə, Liseyin Təşkilatçısı Təhməzova Xatirənin rəhbərliyi ,VIIIa sinifinin iştirakı ilə"Yaşıl dünya həmrəylik ili"ilə bağlı "Ətraf mühitin qorunması"ilə əlaqədar açıq dərs keçrildi
[medium]https://kanal555.com/uploads/posts/2024-06/1717496406_444503684_784871410291710_5140631340958962865_n.jpg[/medium]
[medium]https://kanal555.com/uploads/posts/2024-06/1717496459_444446362_784871556958362_5321766684243165305_n.jpg[/medium]
[medium]https://kanal555.com/uploads/posts/2024-06/1717496406_444479379_784871593625025_3831491033567056017_n.jpg[/medium]
[medium]https://kanal555.com/uploads/posts/2024-06/1717496420_444479783_784871466958371_417211511789457890_n.jpg[/medium]
[medium]https://kanal555.com/uploads/posts/2024-06/1717496466_444482516_784871506958367_5728048744302957140_n.jpg[/medium]
[medium]https://kanal555.com/uploads/posts/2024-06/1717496407_444485123_784871626958355_7868587125912042097_n.jpg[/medium]
[medium]https://kanal555.com/uploads/posts/2024-06/1717496459_444487146_784871533625031_6348542769531798201_n.jpg[/medium]
loading...