HDP-nin Peyğəmbəri (s.a.s) təhqir etməsi kürdləri ayağa qaldırdı - Diyarbəkri "Rədd olsun PKK" şuarları bürüdü

18-10-2015, 14:17 653 dəfə baxılıb

HDP-nin Peyğəmbəri (s.a.s) təhqir etməsi kürdləri ayağa qaldırdı - Diyarbəkri "Rədd olsun PKK" şuarları bürüdü













Türkiyənin Diyarbək şəhərinin Yenişehir rayonunun HDP-dən olan bələdiyyə sədrinin Məhəmməd Peyğəmbəri (s.a.s) təhqir edən afişa dərc etdirməsi ciddi qalmaqala səbəb olub

azinfo.tv xəbər verir ki, PKK-nın siyasi qolu HDP-dən olan bələdiyyə sədri əhalinin sərt etirazından sonra, afişanı çıxartmağa məcbur olub.

Türkiyə mətbuatının yazdığına görə, qalmaqallı afişadan sonra şəhər sakinləri etiraz aksiyası keçirib.

Peyğəmbərə (s.a.s) edilən təhqirə səssiz qalmayacaqlarını deyən sakinlər "Peyğəmbərə uzanan əllər qərəlsən" , "Rədd olsun PKK" şuarları səsləndiriblər.

Qeyd edək ki, Diyarbəkr əhalisinin əksəriyyəti kürdlərdir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR