“Diqtə edən tərəf Putindir”
![]()
"Putin Suriya müharibəsinin əsas oyunçusu olduğunu sübut etdi”.
Bu barədə "The Hindu” yazıb.
Məqalədə hazırkı situasiyada Suriya məsələsində diktə edən tərəfin Rusiya Prezidenti Vladimir Putin olduğuna diqqət çəkilir:
"Suriya prosesində iştirak edən bölgənin liderləri - Suriya prezidentindən tutmuş İsrail, İran və Türkiyə başçılarına qədər strategiyalarını müzakirə etmək üçün tez-tez Kremlə gəlirlər. Çünki Suriyada diktə edən tərəf Kremldir.
Cənab Putinin razılığı olmadan Suriya böhranının həlli mümkün deyil. ABŞ-ın ölkədən çıxması yalnız boşluğu doldurmaq üçün fürsət gözləyən Rusiyanın mövqeyini gücləndirdi”.
Nəşr Putinin istənilən an Suriya böhranını həll edə biləcəyini də iddia edir.