Xərçəng peyvəndi ölüm riskini yarıyadək azaldıb

Bu gün, 05:46 7 dəfə baxılıb

Xərçəng peyvəndi ölüm riskini yarıyadək azaldıb


Dünyanın ilk fərdiləşdirilmiş mRNT xərçəng peyvəndi klinik sınaqların üçüncü mərhələsində melanomanın təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb.

“Nəticə peyvəndin pembrolizumab adlı immunoterapiya preparatı ilə birlikdə tətbiqi zamanı əldə olunub.

“Moderna” və “Merck” şirkətlərinin hazırladığı peyvənd əməliyyatdan sonra melanomanın yenidən yaranmasının qarşısını almaq üçün nəzərdə tutulub. Müalicə hər xəstənin şişinin genetik xüsusiyyətləri əsasında fərdi hazırlanır və immun sisteminə xərçəng hüceyrələrini tanıyaraq onlara hücum etməyə kömək edir.

Dünyanın 157 tibb mərkəzindən 1100-dən çox xəstənin iştirak etdiyi sınağın nəticələri 2026-cı il Avropa Tibbi Onkologiya Cəmiyyətinin konqresində təqdim olunub. Tədqiqatçılar nəticələri xərçəng müalicəsində fərdiləşdirilmiş yanaşmanın inkişafı baxımından mühüm addım hesab edirlər.

Peyvənd hələ Avstraliya və ABŞ-də geniş istifadəyə verilməyib, tənzimləyici qiymətləndirmə prosesi davam edir. Alimlər texnologiyanın digər xərçəng növlərinin müalicəsində də tətbiqini araşdırırlar.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR