“Paşinyan Putini aeroportda qarşılamağa getməmişdi,onun əvəzinə utanırıq” – Ruslara yalvaran İrəvandan REPORTAJ

20-11-2020, 14:47 160 dəfə baxılıb

Rusiyalı jurnalist Dina Karpickaya həm Dağlıq Qarabağa ,həm Ermənistana səfər edib.

Reportajda maraqlı məqamlar var. Dağlıq Qarabağdakı ermənilər rus sülhməramlılarının gəlməsinə sevinirlər. Daha göydən bomba yağmır, güllə səsi eşidilmir. İnsanlar bir az rahat nəfəs alıblar.

Buna görə ruslara minnətdardırlar. Ermənistanda vəziyyət başqadır.

Ölkə faktiki iki düşmən düşərgəyə bölünüb. Paşinyanın tərəfdarları və əleyhdarları.

Hamı düşmən axtarır və bir birini ittiham edir.

Kaim.az həmin reportajdan maraqlı məqamları təqdim edir:

“Ölkələrimiz arasında son illər soyuqluq var. KTMT çərçivəsində müttəfiq olsaq da Paşinyanın Qərbə meyilliliyi, ABŞ-la məsləhətləşmələri , Moskvaya yaxın olan siyasətçiləri sıxışdırması, Köçəryanın həbsi və s. öz təsirini göstərirdi.

Yerevandan olan Alla Akopyan Paşinyana qəzəblidir:

“Səfirliyə uzunboğaz çəkmə atmağa icazə verən hökumətə Moskva necə baxmalı idi? Niyə kömək etməli idi müharibədə? Rusiyalılar onların bayrağını yandıranlara necə yanaşmalı idilər?

Utanıram. Paşinyan Putini qarşılamağa getməmişdi, heç iqamətgahına gələndə aşağı düşüb qarşılamadı da. Amma ayrı hökumət başçılarını necə lazımdı qarşılayırdı. Onun yerinə utanırıq.Bilin ki,erməni xalqı sizi, rusları sevir.”

İndi Alla hökumətə qarşı düzənlənən mitinqlərin aktiv iştirakçısıdır.

Ermənistanın əməkdar artisti Qayane Mersisyan da eyni cür düşünür:

“Paşinyan ilk dəqiqədən Rusiya ilə münasibəti pozdu.Ermənistanı iki yerə böldü,məhv elədi. Ermənilər həmişə ruslara sadiq olub. Yaxşı ki, varsınız. Siz olan yerdə özümüzü təhlükəsiz hiss edirik.”

Rusiyadan küsənlər də var. Deyirlər ki, vaxtında gəlsəydiz bu qədər cavan uşaq ölməzdi.

Amma indi məlum olur ki, Rusiya Paşinyana hələ Şuşa ermənilərdə olanda sülh təklif edib. O isə imtina edib.

Televiziyada prodüser olan Armen Qriqoryan isə deyir ki,ermənilər indi sınmış vəziyyətdədir.

“ Ruslar bizi qorudu ki, ayağa qalxaq. 1828-ci ildə Rusiya Yerevanı türklərdən təmizlədi. O vaxtdan heç nə dəyişməyib.”

Paşinyan ikinci Saakaşvili olmaq istədi. Amma unudurdu ki, o da müharibəni uduzub, xeyli ərazi itirib.

Hazırda Paşinyan və ona qarşı olanlar növbə ilə mitinqə çıxır. Ölkədə hələ vətəndaş müharibəsi təhlükəsi var.”

Tərcümə etdi: İlqar Atabəyli


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR