Faktla bağlı Cinayət Məcəlləsinin , 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hadisənin digər iştirakçılarının axtarışları davam edir.
***
Bakıda ölümlə nəticələnən kütləvi dava zamanı Ceyhunu bıçaqlayaraq öldürən şəxs deputat Arzuxan Əlizadənin oğlu Əhməd olub.
Oxu.az xəbər verir ki, bu, Əhmədin ilk cinayəti deyil. Bundan əvvəl də kriminal hadisələrdə onun adı hallanıb.
Qeyd edək ki, A.Əlizadə Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Azərbaycan Milli İstiqlal Partiyasının sədridir.
Xatırladaq ki, hadisə "Ab-hava" restoranında qeydə alınıb.
***
Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni detalları məlum olub.
Oxu.az xəbər verir ki, hadisənin iştirakçılarından biri Azərbaycan Milli İstiqlal Partiyasının sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadənin oğludur.
A.Əlizadənin iki oğlu var. Onlardan birinin adı Əhməd, digərinin adı Orxandır. Orxan Əlizadə Xətai Rayon Məhkəməsinin hakimidir. Əhməd isə kriminala meyilli şəxsdir.
Əhməd Əlizadə hadisədən sonra polisə könüllü təslim olub. Kriminal aləmdə "Yeraz Əhməd" kimi tanınır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, insidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, Xətai rayonu, Əhmədli qəsəbəsində kafelərdən birində bir nəfərin ölümü ilə nəticələnən kütləvi dava olub. Öldürülən şəxsin adı Ceyhundur. O, "Ceyhun Sabunçu" kimi tanınır.
loading...