Türkiyədə telekanal yandı: 4 nəfər yaralandı

19-12-2015, 11:54 630 dəfə baxılıb

Türkiyədə telekanal yandı: 4 nəfər yaralandı

















Partlayış olub

Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən “Kanal G” televiziyasının zirzəmisində bu gün saat 16:30-da yanğın hadisəsi baş verib. Yanğından öncə güclü partlayış səsi eşidilib.

azinfo.tv-nun “Milliyət”ə istinadən verdiyi xəbərə görə, kanalın 4 əməkdaşı ağır xəsarət alıb.

Yaralıların hamısı hazırda xəstəxanaya yerləşdirilib.

“Zirzəmidə partlayış baş verib. Səbəbini hələlik bilmirik. 4 əməkdaşımız yaralanıb”, - deyə kanalın işçisi Necati Selvitop bildirib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR