İŞİD liderindən edam videoları ilə bağlı - QADAĞA

20-07-2015, 10:40 911 dəfə baxılıb

İŞİD liderindən edam videoları ilə bağlı - QADAĞA
















“Təkcə kafirlər yox, həm də uşaqlar baxa bilər”

Terroçru İŞİD qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi öz yaraqlılarına edam videolarını çəkməyi və həmin kadrları internetdə yerləşdirməyi qadağan edib.

Bildirilir ki, əl-Bağdadi müvafiq fərmanı təşkilatın bütün regional bölmələri və KİV redaksiyalarına göndərib.

O, bu qərarı onunla izah edib ki, dəhşətli edam səhnələrinin internetdə yerləşdirilməsi İŞİD-in imicinə mənfi təsir göstərir.

Bundan başqa, bu kadrlara “təkcə kafirlər yox, həm də uşaqlar baxa bilər”., - deyə, əl-Bağdadi bildirib.

İŞİD 2014-cü ildən etibarən öz düşmənlərini qorxutmaq məqsədilə internetdə amansız edam videoları yerləşdirir.

2015-ci ildə bu uşaqlar da bu videoların iştirakçıları olub.

Həmin videolardan birində azyaşlı oğlan Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları olduğu iddia edilən iki kişini tapançadan güllələyir, digərində isə 10 yaşlı yeniyetmə suriyalı hərbçinin başını kəsir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR