Monteneqroda bıçaqlı insidentə görə Azərbaycan vətəndaşı da saxlanıldı

Bu gün, 05:19 9 dəfə baxılıb

Monteneqroda bıçaqlı insidentə görə Azərbaycan vətəndaşı da saxlanıldı


Monteneqroda oktyabrın 25-də Podqoritsanın Zabjelo məhəlləsində “MJ” adlı yerli sakinin bıçaqlanmasında Azərbaycan vətəndaşının da adı hallanır.

“Qafqazinfo” xəbər verir ki, yayılan məlumatlarda sözügedən şəxsin Azərbaycan və Türkiyə vətəndaşları tərəfindən bıçaqlandığı bildirilir.

Polis açıqlayıb ki, bıçaqlanmadan sonra kazinoya sığınan şübhəlilərdən Azərbaycan vətəndaşı Y.G. (31) və Türkiyə vətəndaşı N.D. (54) saxlanılıb. Hadisə ilə bağlı 45 nəfər keçici olaraq polis nəzarətinə alınıb, 8 nəfər deportasiya olunub, 2 nəfərə isə məhkəmə nəzarəti tətbiq edilib.

Hadisədən sonra Azərbaycan və Türkiyə icmalarına qarşı etirazlar və hücum cəhdləri baş verib.

Oktyabrın 27-də polis türkiyəli vətəndaşlara hücum hazırlığında olduğu iddia edilən bir neçə Monteneqro vətəndaşını da saxlayıb. Əməliyyat zamanı beysbol dəyənəkləri və digər hücum alətləri ələ keçirilib.

Monteneqro Prezidenti Yakov Milatoviç hadisəni pisləyərək ictimaiyyəti sakit və soyuqqanlı olmağa çağırıb, Baş nazir Miloyko Spayiç isə artan gərginlik səbəbilə Türkiyə vətəndaşlarına vizasız girişin müvəqqəti dayandırıldığını açıqlayıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR