Bakıda Türkiyə vətəndaşını döydülər

11-05-2016, 15:09 512 dəfə baxılıb

Bakıda Türkiyə vətəndaşını döydülər















Tutulanlar var

Bakı şəhərində Türkiyə vətəndaşı döyülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə mayın 9-da paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb.

Bakı şəhər sakinləri Nail Əliyev və Pərviz Dadaşov xuliqanlıq zəminində Türkiyə vətəndaşı Zəfər Türkalini döyüblər.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N. Əliyev və P. Dadaşov tutulub.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR