ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında İranaın əsas neft anbarı sayılan Xarq adasını ələ keçirməyi düşünür.
Bu barədə “Axios” mənbələrinə istinadən yazıb.
Nəşrin yazdığına görə, Prezident Tramp Xarq adası ilə bağlı heç bir qərar qəbul etməyib. Lakin o əlavə edib ki, Hörmüz boğazının açılması səyləri uzanarsa, bu, dəyişə bilər.
"Prezident gözləməyəcək və iranlıların münaqişənin gedişatını diktə etməsinə icazə verməyəcək", - mənbə nəşrə açıqlamasında deyib.
Nəşr bildirib ki, Tramp Xarq adasını birbaşa ələ keçirmək ideyasına cəlb olunur, çünki bu, Tehranın maliyyələşdirilməsindən məhrum edilməsi ilə rejimə iqtisadi zərbə olardı.
loading...