Amerikalı sahibkar və milyarder İlon Mask Rusiya-Ukrayna münaqişəsi və onun nizamlanması yolları ilə bağlı sosial şəbəkədə kəskin bəyanatla çıxış edib.
Biznesmen "X" (keçmiş Twitter) sosial şəbəkəsində müharibənin davam etməsini dəstəkləyən siyasətçi və fəalları sərt şəkildə tənqid edib.
İlon Mask öz paylaşımında bildirib: "Bitmək bilməyən qırğını təşviq edən və münaqişənin reallığa uyğun heç bir həll yolunu təklif etməyən pis niyyətli müharibə təhrikçilərinə qarşı sonsuz nifrətdən başqa bir hissim yoxdur. Qanitşən və sonsuz müharibə tərəfdarları olan bu şəxslər cəhənnəmdə yansınlar!"
Milyarderin bu kəskin bəyanatı Ukrayna tərəfinin "Starlink" peyk rabitə sistemindən hücum məqsədli PUA zərbələrində istifadə etməsi və bundan sonra sistemə tətbiq olunan məhdudiyyətlər ətrafında yaşanan müzakirələr fonunda səslənib.
Mask vurğulayıb ki, mülki "Starlink" sisteminin insanları öldürmək üçün istifadəsinə icazə verilməyib və verilə də bilməz.
loading...