Gələcəkdə 5 yaşlı qızları onlar zorlayacaq!

16-08-2015, 19:49 656 dəfə baxılıb

Gələcəkdə 5 yaşlı qızları onlar zorlayacaq!



















Zalımın qızı elə titrədi, elə titrədi ki, sol döşü üsyan etdi onun bu titrəyişinə. Dayan dedilər. Sən istədiyini anladıq. Gözdə çıxırıq çölə, salamlayırıq xalqı. Özünü bu qədər yorma. Bu dəqiqə yandırıb-yaxarıq onları. Ağıllarını başlarından alarıq, dedilər və dediklərinə də əməl etdilər

Bax beləcə Səidənin o yarımçıq çölə boylanan döşü barmağına sarıdı gündəmi. Yanıb-yaxıldıq hamılıqla. Heç Ömərin, Ayanın, Ayxanın, Fərəhin və o binadakı qara tüstünün bizdən çaldığı 16 vətəndaşımız üçün belə yanıb-yaxılmamışdıq. Yəqin ki, həmin döşüngörüntüsü o qəlbimizdəki yanğını ürəyimizdən alıb başqa təyinatlı orqanlarımıza transfer etdi. Unutduq, səsini eşitmədiyimiz üçün çarəsizlikdən özünü yanan binanın 16-cı mərtəbədən atan, hələ təzə evlənməyə hazırlaşan Yaşarı.

***
Həmin döşün bizdən aldığı təkcə ürəyimizdəki yanğı, beynimizdəki 16 nəfər deyildi. O, qaralmış döşün bizdən aldığı auditoriyada canlı efirdə ağzının suyu axa-axa prosesə tamaşa edən gənclər idi. O gənclər ki, gələcəkdə aralarında yeni Yakovlar olacaqdır. O Yakov ki, 32 yaşına çatdıqları zaman seksual manyak olacaq və qonşuluğunda yaşayan, çoxdandır gözünə kəsdirdiyi 5 yaşlı Aişələri zorlayacaq. O Yakov ki, əlləri ilə Aişələri boğacaq nəfəsi kəsilənə kimi, sonra bir də təcavüz edəcək. O Yakov ki, canını aldığı balaca qızcığazın ölmüş bədənindən qorxub, cəsəddən qurtulmaq üçün nəşi şam ağacının altına basıracaq. Və biz həmin bizlər olacağıq ki, o döşlərdən birini də efirdəngörüb unudacağıq hər şeyi.

***
Məsələn Aytac kimi. Yadınızdadır bu qızın aqibəti? Bir ara nəsə səs çıxırdı cəmiyyətdən. Nəsə tələb edirdi insanlar onun üçün. Hə, yadıma düşdü. Deyəsən ədalət idi. O ədalət ki, yeni Aytaclar qurban getməsin deyə baş qaldırmağa çalışırdı. Bax bu idi insanların tələb etdikləri. Amma bu tələblər azaldı zamanla. Aytac öldürüldüyü zamaninsanların gözündə qurumayan yaş, onun oğlanla çəkilən şəkillərini görəndən sonra qupquru qurudu.

“Yaxşı qız oğlanla görüşməz”, “əgər öpüşübsə, qucaqlaşıbsa öldürülməlidir” deyib dayandı bu qız üçün başladılan tələblər. Susduq o zamanlar. Aytacı qurban verdik susqunluğumuza, ürəyimizdə basırdıq.

Yaxşı Aişəni nə edək? Onudamı ürəyimizin bir küncündə dəfn edək? Bəlkə aramızda 5 yaşlı qızcığazın üstündə ən çox sevdiyi cizgi film qəhrəmanı “Maşa”nın rəsmi olanşortiki geyindiyi üçün 32 yaşlı Yakovun ehtirasını alovlandırdığını düşünənlər var? Yəqin ki, var… Niyə də olmasın? Axı bu məmləkətdə körpə qızları, nəvəsi yaşında uşaqları şortikdə görüb, ağzının suyunu yığışdıra bilməyən bığı ağarmış şərəfsizlərin sayı azdırmı? O, pedofillər küçədə, marketdə, məktəbdə, həyətdəki əmilər, dayılar deyilmi?Onlar da Aişənin həyətlərində gördüyü zaman əmi deyə çağırdığı Yakovun yaşındadeyillərmi?

***
Yaxşı gəlin, mən deyim Aişəni nə edək. Onu da unudaq, bir külək kimi, bir film kimi baxaq keçsin getsin. Faciədən faciə yaratmamağa çalışaq. Onsuzda ürəyimizdəki yanğını ürəyimizdən xüsusi təyinatı olan orqanlarımıza transfer edən bir döş sahibitapılacaq. Baxaq o döşə və yanılıb-yaxılaq. Penoplassız zadsız…


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR