Orxan Camal necə öldürülüb? - TƏFƏRRÜAT

1-08-2018, 19:21 452 dəfə baxılıb

Orxan Camal necə öldürülüb? - TƏFƏRRÜAT



Mərkəzi Afrika Respublikasında (MAR) sənədli film çəkən rusiyalı jurnalistlərə 10 nəfər hücum edib.

Bununla bağlı "Radio Ndeke Luka" radiostansiyası məlumat yayıb.

Bildirilib ki, Orxan Camal, Aleksandr Rastorquyev və Kirill Radçenkoya hücum Sibuta yaxınlığında, saat 18:00-da törədilib.

"Təhlükəsizlik qüvvələri artıq qaranlıq olduğu üçün onlara şəhərdən çıxmamağı tövsiyə edib. Ancaq onlar təkid ediblər", - şəhərin rəsmisi Marselina Yoyoya deyib.

Onun sözlərinə görə, hücum edənlərin hamısı əmmamədə olublar və ərəbcə danışıblar.

BMT-nin MAR-dakı nümayəndəliyindən bildirilib ki, öldürülən rusiyalı jurnalistlərin cəsədləri Sibuta şəhərindən 33 kilometr şimalda, avtomobildə aşkar edilib.

Hücumun səbəbləri məlum deyil. İlkin ehtimala əsasən, bu, qarət olub.

Vəziyyət şəxsən Rusiya xarici işlər naziri Sergey Lavrovun nəzarətindədir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR