Beyindən beyinə ünsiyyət qurmağın yolu tapıldı – MARAQLI

2-10-2015, 15:42 669 dəfə baxılıb

Beyindən beyinə ünsiyyət qurmağın yolu tapıldı – MARAQLI

















Amerikalı elm adamları insanlar arasında bir beyindən digər beyinə əlaqə yaratmaq prosesini həyata keçirib

Vaşinqton Universiteti Beyin Elmləri İnstitutunun mütəxəssisləri internet üzərindən bir-biri ilə sual-cavab oyunu oynayan kompüter istifadəçilərinin beyinləri vasitəsilə birindən digərinə siqnal göndərərək bu rabitəni yaratmağı bacarıb.
Təcrübə bir-birindən təxminən 2 kilometr məsafədə olan iki ayrı laboratoriyada qurulan qaranlıq otaqlarda 10 könüllü şəxsin iştirakı ilə aparılıb. İkili şəkildə beş qrupa ayrılan könüllülər internet üzərindən 20 mərhələli sual-cavab oyunu oynayıb.
Oyun əsnasında iştirakçılar beyindəki elektrik fəaliyyətlərini qeyd edən Elektroensefaloqrafi maşınına bağlanıb. Daha sonra bir iştirakçının monitoruna müəyyən bir şəkil, digər laboratoriyadakı iştirakçının kompüter ekranına isə həmin şəkillə əlaqəli suallar çıxıb. Aparılan araşdırmanın sonunda beyinlər arasında əlaqə qurmaq testinin 72 faiz doğru nəticə verdiyi açıqlanıb.
Araşdırmanı həyata keçirən Çantel Prat təcrübə barədə “İştirakçılar beyinləri ilə gördükləri bir şeyi izah edib bir-birinə beyin vasitəsilə siqnal göndərib ünsiyyət qurdular. Bu, indiyə qədər heç vaxt görmədiyimiz bir şey idi”, – deyə bildirib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR