Lotu Quli və qardaşı azadlıqdadır

3-02-2020, 19:40 320 dəfə baxılıb

Lotu Quli və qardaşı azadlıqdadır

Türkiyədə azərbaycanlı "qanuni oğru" “Lotu Quli” ləqəbli Nadir Səlifovun saxlanıldığına dair xəbər yayılıb. Məlumata görə, daha 17 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Lotu Qulinin saxlandıldığına dair xəbər həqiqətə uyğun deyil: “Lotu Quli Türkiyəni bir neçə ay əvvəl tərk edib və ərəb ölkələrindən birində yaşayır. Onun saxlanıldığına dair xəbər doğru deyil”.

Mənbə bildirib ki, Lotu Qulinin Türkiyədə yaşayan qardaşı, “qanuni oğru” Namik Səlifov da azadlıqdadır: “Onunla bağlı da heç bir problem yoxdur”.

Xatırladaq ki, Türkiyə mətbuatı Lotu Qulini “Rusiya mafiyasına bağlı olan şəxs” adlandırıb.

İlkin məlumatda bildirilib ki, saxlanılan dəstəyə Gürcüstan vətəndaşı olan “Andri Malıy” ləqəbli Guram Çikladze rəhəbrlik edib. Dəstəyə qarşı əməliyyat 31 yanvarda keçirilib. Qruplaşmanın hesablaşma üçün Türkiyəyə gəldiyi və əməliyyata hazırlıq apardıqları təsbit edilib. Bundan sonra dəstə texniki izlənməyə alınıb.

Polisin əməliyyatı zamanı 6 müxtəlif ünvandan 17 nəfər saxlanılıb. Onlardan 9-u azərbaycanlı, 5-i gürcü, 2-si ukraynalı, 1-i rusdur. Saxlanılan şəxslərdən 11 tapança, avtomat tüfəng və 22 mərmi tapılıb.

Saxlanılan dəstənin hədəfində Lotu Qulinin olduğu müəyyən olunub. Hesablaşma Rövşən Lənkəranskinin ölümündən sonra boşalan yeri doldurmaq uğrunda aparılıb.

Rusiyadan gələn dəstənin bir üzvü isə 22 dekabrda restoranlardan birində Lotu Qulinin yaxın adamını bıçaqladığı zaman kameralarda görüntülənib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR