DTX-nın həbs etdiyi icra başçısı Gəncəyə etap edildi – SƏBƏB

5-05-2021, 12:56 125 dəfə baxılıb

Bir neçə ay əvvəl korrupsiya və rüşvət ittihamlarına görə Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən Ağstafa rayon icra hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev Gəncə İstintaq Təcridxanasına etap olunub.

Bu barədə Gununsesi.info-ya sabiq başçının yaxınları bildirib.

Məlumata görə, Nizaməddin Quliyevin DTX-dan çıxarılmasına səbəb onun istintaq müddətinin bitməsidir.

Sabiq başçının işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR