Dani Alveş ingilis nəhənglərinin hədəfində
Mövsümün sonunda PSJ-dən ayrılan Dani Alveş karyerasını İngiltərədə davam etdirə bilər.
Qol.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, braziliyalı müdafiəçi ingilis nəhənglərinin maraq dairəsinə düşüb. Premyer Liqanın 3 iddialı klubu - "Mançester Siti", "Tottenhem" və "Arsenal" 36 yaşlı futbolçunun xidmətində maraqlıdır. Başqa klublardan da təklifləri olan təcrübəli oyunçunun hansı qərarı verəcəyi maraqla gözlənilir.
Qeyd edək ki, Alveşin "Barselona"ya qayıtmaq istədiyi bildirilir.