Santuş daha 4 il Portuqaliya millisində

18-06-2020, 11:03 193 dəfə baxılıb

Portuqaliya Futbol Federasiyası milli komandanın baş məşqçisi Fernandu Santuşla müqaviləni uzadıb.

65 yaşlı mütəxəssisin yeni sözləşməsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, F.Santuş millini 2014-cü ildən çalışdırır. Komanda onun rəhbərliyi altında 2016-cı ildə Avropa çempionatının, 2018-2019 mövsümündə isə Millətlər Liqasının qalibi olub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR