Azərbaycanlı futbolçu İrəvanda: Qol vursam, hərbi salam verəcəm

13-07-2023, 10:47 58 dəfə baxılıb

Azərbaycanlı futbolçu İrəvanda: Qol vursam, hərbi salam verəcəm


Bu gün İrəvanda Albaniyanın “Eqnatiya” futbol komandası ilə “Ararat-Ermənistan” komandasının 1-ci təsnifat mərhələsinin ilk oyunu keçiriləcək.

Bu yay Albaniyanın "Eqnatiya" klubuna keçən azərbaycanlı futbolçu Vüsal İsgəndərli bu gün komandasının "Ararat-Ermənistan"la Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununa çıxacağı İrəvana gedib.

27 yaşlı yarımmüdafiəçi meydana daxil olsa və qol vura bilsə, qolu hərbi salamla qeyd edəcəyini bildirib.

“Ararat-Ermənistan” – “Eqnatiya” matçı bu gün Ermənistan Futbol Federasiyasının Akademiyasının stadionunda keçiriləcək və yerli vaxtla saat 19:00-da başlayacaq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR