Bakının məşhur hotellərində iş dayanıb? - Müştəri azalıb, amma...

13-03-2020, 11:08 247 dəfə baxılıb

Bakının məşhur hotellərində iş dayanıb? - Müştəri azalıb, amma...


Gürcüstanın paytaxı Tbilisidə mehmanxalarda mart-aprel ayları üçün turist bronlarının 90%-ə yaxını ləğv olunub.

Şəhərdə artıq 10 hotel fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Buna səbəb koronavirusla əlaqədar müştərilərin olmamasıdır. Hotel sahibləri bu müddət ərzində əməkdaşlarını ödənişsiz məzuniyyətə göndərib və vergilərin ödənilməsinin təxirə salınması imkanı ilə bağlı hökumətə müraciət ediblər.

Bildirək ki, Gürcüstan hökuməti turizm sektoru üçün böhran əleyhinə plan hazırlayır. Gürcüstan iqtisadiyyatının aparıcı sahəsi olan turizmə ilk zərbəni COVİD-19-a görə Çin və İrana birbaşa uçuşları dayandırması vurub. Ölkə ikinci zərbə ilə Gürcüstanda koronavirus aşkarlanandan sonra üzləşib.

Maraqlıdır, Azərbaycan hotellərində vəziyyət necədir? Əcnəbi turistlərin səfərlərinin təxirə salınması ölkəmizdə bu sektora necə təsir göstərib?

Cebhe.info bir neçə hotel arasında sorğu keçirib.

“Hyatt Regency“ hotelinin Qonaqların qəbulu şöbəsinin meneceri Zərifə Abdullayeva bildirib ki, standartlara uyğun olaraq bütün təmizlik işlərinə riayət olunur və işlər eyni qaydada davam edir:

“Otaqların bron olunması öz qaydasındadır. Bu sektorda olan bütün mərkəzlərdə olduğu kimi təbii ki, bizdə də müştərilərdə azalma müşahidə olunur. Amma tam dayanma məsələsi yoxdur. İşçilər və qonaqlar öz işlərinə normal qaydada davam edirlər. Dezinfeksiya işləri gündə bir neçə dəfə aparılır. Fəaliyyətin dayandırılması kimi təhlükə yoxdur”.

“JW Marriott Absheron”dan verilən məlumatda isə müştərilərdə azalmanın müşahidə olunmadığı deyilib:

“Müştərilərdə azalma müşahidə edilmir, hotel qiymətləri də düşməyib. Hər şey eyni olaraq qalır. Müştərilər eyni müştərilərdir, yenə gəlirlər. Rezerv olunmuş yerləri ləğv edənlər də var, etməyənlər də... Onun koronavirusa heç bir aidiyyəti yoxdur. Fəaliyyətimiz həmişəki qaydadadır”.

“Boulevard Hotel”dən məsələ ilə bağlı sualı cavablandırmayıblar.
0


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR