Araz Ağalarov da erməni məhsullarından imtina etdi: - Yük maşınları geri qaytarıldı

24-07-2020, 11:22 174 dəfə baxılıb

Rusiyada sahibi Araz Ağalarov olan "Sizin ev" ticarət mərkəzi erməni məhsullarını boykot edib. Cebhe. info xəbər verir ki, bu barədə xəbəri Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan da təsdiqləyib.

O, “Səhər saatlarında böyük erməni ixracatçıları bizimlə əlaqə saxladılar. Araz Ağalarova və qonşu ölkədən olan digər insanlara məxsus bütün “Sənin evin” şəbəkəsinin ticarət mərkəzlərindən Ermənistan istehsalı olan bütün məhsulların çıxarıldığını dedilər”,- deyib.

Erməni səfir bildirib ki, sözügedən ticarət mərkəzi ermənilərə məxsus konservləşdirilmiş məhsulların, mineral suların, spirtli içkilərin satışını qadağan edib. Onların yeri isə Azərbaycan məhsulları ilə doldurulub.

“Armtorq”un baş direktoru Alexander Babayan isə “Bu gün merçendayzerlərimiz məhsullarını göstərmək üçün şəbəkəyə daxil olan ticarət mərkəzlərinə gediblər və məhsullarımızın – mürəbbələrin, cemlərin, kompot və digər konserv məhsullarının rəflərdə olmadığını anlayıblar. Beləliklə, şəbəkənin bütün altı mağazasında olduq - hər yeri gəzdik. Heç bir yerdə, heç bir mağazada mal yoxdur. Dərhal mineral su, alkoqol satan bütün tərəfdaşları soraqladıq - oxşar vəziyyətin olduğunu, yük maşınlarının geri qaytarıldığını, malların qəbul edilmədiyini dedilər”,- deyib


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR