Ramin Sultanlı ona məxsus ticarət mərkəzini özü sökəcək

19-02-2016, 11:55 632 dəfə baxılıb

Ramin Sultanlı ona məxsus ticarət mərkəzini özü sökəcək












Binanın könüllü demontajı üçün ayrılmış vaxt fevralın 22-də başa çatır

Moskvada Tver meydanında yerləşən “Piramida” ticarət mərkəzinin sahibi Ramin Sultanlı binanı fevral ayının 23-nə qədər özü sökməyə hazırşır.

Bu barədə meriya məmurları və binanın demontaja hazırlanmasında iştirak edən şəxs “Vedomosti”yə danışıb.

Binanın könüllü demontajı üçün meriya tərəfindən ayrılmış vaxt fevralın 22-də başa çatır.

90-cı illərdə ticarət mərkəzi inşa etdirən “Piramida-2000” şirkəti bu yaxınlarda bütün binanın satışı üzrə saziş bağlayıb, sərfəli məbləği alıb və indi obyektin taleyini yeni sahibi həll edəcək.

Rusiya reyestrinin məlumatına görə, fevral ayının əvvəlindən iki-üç ticarət mərkəzinin sahibi dəyişib. Təxminən 1000 kvadratmetr sahəsi olan ticarət məkəzinin sahibi artıq “Piramida-2000” MMC deyil, Azərbaycan vətəndaşı Ramin Bəşir oğlu Sultanlıdır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR