“ADY” sədri: Azərbaycan dəmir yolu daşınmasından milyardlar qazana bilər

3-08-2015, 11:47 1008 dəfə baxılıb

“ADY” sədri: Azərbaycan dəmir yolu daşınmasından milyardlar qazana bilər


















“İlham Əliyev ölkəni loqistik mərkəz kimi görmək istəyir”

Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyədən keçən dəmir yolu xətti ilə yüklərin daşınması 20-ci ilədək təxminən ildə 300-400 min konteyner təşkil edə bilər, 2024-cü ildə isə bu rəqəm çox arta bilər.

Bu barədə Çin, Qazaxıstan, Azərbaycan ərazisindən keçərək Şixezi-Dostık-Aktau-Ələt-Keşlə marşrutu ilə hərəkət edən sınaq konteyner qatarının Bakı Beynəlxalq Dəniz Ticarət Limanında qarşılanması mərasimində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib.

Onun sözlərinə görə, bu, Azərbaycan iqtisadiyyatında yüz milyonlarla gəlir gətirə və bu gəlir artan tendensiya üzrə milyardlara yaxınlaşa bilər.

C.Qurbanov qeyd edib ki, ölkə prezidenti İlham Əliyev Azərbaycanı tranzit yüklərin keçəcəyi bir loqistik mərkəz kimi görmək istəyir.

“Və bunun üçün avtomobil yollarının, dəmir yollarının inkişafına, beynəlxalq aeroportların inkişafına, limanların inkişafına çox böyük investisiyalar qoyulur. Bütün bunlar isə gələcəyə hesablanmışdır, gələcəkdə daha çox tranzit yüklərin daşınmasına şərait yaradacaq”, - deyə, o bildirib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR