Azərbaycanda investorlar klubu yaradılacaq - Startapların maliyyələşdirilməsi üçün

18-08-2018, 00:38 430 dəfə baxılıb

Azərbaycanda investorlar klubu yaradılacaq - Startapların maliyyələşdirilməsi üçün


Yaxın zamanlarda Azərbaycanda startap layihələrin maliyyələşdirilməsi üçün investorlar klubu yaradılacaq.

Bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun keçirdiyi 6-cı qrant müsabiqəsinin qalibləri ilə görüşü zamanı deyib.

Nazirin sözlərinə görə, bütün səylər ona yönəlib ki, Azərbaycan startapları hər zaman alternativ maliyyə mənbələrinin axtarışında olsun:

"Bugünkü günədək Dövlət Fondu tərəfindən keçirilən qrant müsabiqələri çərçivəsində 903 innovativ layihə təqdim olunub. Onlardan 117-nə qrantlar ayrılıb. Reallaşdırılan layihələrdən 20-i kommersiyalaşdırılıb. Hesab edirəm ki, verilən qrantlar startapçıların biznes qurmasında vacib rol oynayır".

Nazir əlavə edib ki, qrant müsabiqələri yolu ilə Fond tərəfindən seçilmiş 100-dən çox startap layihəsi dövlət tərəfindən maliyyələşdirilib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR