Ağdam Su-Kanal idarəsində görülən işlər növbəti illərdə də uğurlu olacağına zəmanət verir

2-12-2015, 11:50 826 dəfə baxılıb

Ağdam Su-Kanal idarəsində  görülən işlər növbəti illərdə də uğurlu olacağına zəmanət verir














Biz Xeberci.info olaraq Ağdam Su-Kanal idarəsində olduq və ordakı işlərlə bağlı araşdırma apardıq

Ağdam Su-Kanal idarəsində işləyən bir neçə işçiylə ünsiyyətdə olduq. Onlar bu idarə də hər bir işin öz qaydasında olduğunu bildirdilər. İdarədə işçilərə çox yaxşı münasibət göstərirlər. Ağdam Su-Kanal idarəsinə müdir əvəzi Vüqar Qəhrəmanov gəldikdən sonra demək olar ki, idarədə işlər daha da yaxşılaşdı. Vüqar müəllim Azərsu” ASC-nin Ağdam Su-Kanal İdarəsinə gələn gündən buradakı özbaşınalıqları görərək 3 nəfər və sonradan 4 nəfəri işdən azad edib. İndi isə 20 nəfərində işdən çıxmaları üçün ərizələrin alıb. İşdən çıxarılanlarla bağlı olaraq biz müdir əvəzi Vüqar Qəhrəmanovun yanına getdik. Vüqar müəllim sağolsun bizi çox gözəl qarşıladı.

Xeberci.info olaraq Vüqar müəllimə işdən çıxarılan işçilərlə bağlı sualımızı verdikdə, Vüqar müəllim dedi ki, bəli, Ağdam Su-Kanal idarəsi ciddi bir idarədir. Burada özbaşınalıqlar son zamanlar çox olduğu üçün 30 nəfəri işdən azad etdik. Və bugündən də mən yenə də nəzarəti gücləndirəcəyəm ki, daha öz başınalıqlar olmasın. Əgər bu cür hallar davam edərsə, işdən çıxarılanların sayı artacaq.
Vüqar müəllim sonra qeyd etdi ki, bildiyiniz kimi, son illər ərzində ölkəmizdə su və kanalizasiya layihələri icra edilir, bu proses geniş vüsət almışdır. Vəzifə qoyulmuşdur ki, bir neçə ildən sonra Azərbaycanın bütün su və kanalizasiya layihələri başa çatsın. Buna böyük ehtiyac var. Çünki bildiyiniz kimi, bölgələrdə ümumiyyətlə su qıtlığı daim hökm sürürdü, kanalizasiya layihələri ümumiyyətlə yox idi. Ancaq görülmüş tədbirlər nəticəsində və qəbul edilmiş proqramlar çərçivəsində bu layihələr uğurla davam etdirilir.
2015-ci il tarixə qovuşur. 2015-ci ildə bütövlükdə rayonumuz üçün növbəti uğurlu bir il olmuşdur. Ölkəmiz müstəqilliyin daha bir uğurlu ilini başa çatdırmışdır. Bütün sahələrdə uğurlar əldə edilmiş, nailiyyətlər qazanılmışdır, əhalinin yaşayış səviyyəsi artmışdır. Ölkəmizin həm daxili, həm xarici siyasətdə qazandığı bu uğurlar ümumilli liderimiz Heydər Əliyevin uzaqgörənlik və dahiliklə təməlini qoyduğu siyasətin möhtərəm prezidentimiz, xalqın sevimli və əziz oğlu İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirilməsinin nəticəsidir.
Rayonumuzun bütün ərazisində quruculuq və abadlıq işləri aparılır, yollar çəkilir, məktəblər və səhiyyə ocaqları tikilir, həmçinin digər tədbirlər həyata keçirilir. Bir daha möhtərəm prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin düzgün olduğunun şahidi oluruq, çünki xalqımız sülh və əminamanlıq şəraitində yaşayır.

Vüqar müəllimlə söhbətimizi yekunlaşdırıb, üz tutduq rayon camaatına. Onlarda qeyd etdilər ki, bəli Ağdam Su-Kanal idarəsinə Vüqar Qəhrəmanov gəldikdən sonra, idarədə köklü dəyişikliklər oldu. Əvvəlkilərdən fərqli olaraq idarədə hər bir iş uğurla görülür.

Bəli biz Xeberci.info olaraq Ağdam Su-Kanal idarəsindəki işlərlə tanış olduq. İşçilərin və rayon camaatının da dedikləri kimi Vüqar müəllim Ağdam Su-Kanal idarəsinə gəldiyi gündən doğrudanda idarədə bütün nöqsanları aradan qaldıraraq böyük işlər görüb. Ona görə də, biz burdan üzümüzü tütüb bəzi saytlara və qəzetlərə deyirik ki, öz mənfəətiniz üçün yalan-böhtan məlumatları dərc etməyəsiniz. Necə ola bilər ki, Vüqar müəllimin üzünü və Ağdam Su-Kanal idarəsndəi gördüyü işləri görmədən yalan və şantaj xarakterli yazılar dərc edəsiniz? Sayt və qəzet rəhbərləri bu cür hallar əsil jurnalistə yaraşan hərəkət deyil. Ona görə də yazı hazırlayarkən əvvəlcə işi araşdırın sonra olduğu kimi dərc edin.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR