“Yas mərasimlərində iştirak etmək vacib deyil”

13-03-2020, 16:40 345 dəfə baxılıb

“Yas mərasimlərində iştirak etmək vacib deyil”

“Dəfn mərasimindən sonra yas verilməsi şərt hesab olunmur”

Koronavirus epidemiyası ilə əlaqədar ölkəmizdə məktəblər bağlanıb, bir çox kütləvi tədbirlər təxirə salınıb. Əhaliyə toy və digər el şənliklərinin də bir müddət ləğv olunması, yas mərasimlərinin məhdudlaşdırılması tövsiyyə edilib.
Məşədi Dadaş məscidinin imamı, tanınmış ilahiyyatçı Hacı Şahin məsələ ilə bağlı Azvision.az -a açıqlamasında bildirib ki, yas yerlərində insanların kütləvi şəkildə iştirak etməməsi daha məqsədə uyğundur.

“Qafqaz Müsəlmanları İdarəsinin bununla bağlı tövsiyyəsi var ki, yas mərasimində insanlar kütləvi iştirak etməsin. Hətta bəzi mərasim zallarında müəyyən məhdudiyyətlər təbiq edilib. Bununla bağlı insanlarla maarifləndirmə işləri aparılır. Çünki insanın özünü qoruması ilahi bir vəzifədir. Allah qarşısında məsuliyyətdir. Ona görə də yas mərasimlərində iştirak etmək dini nöqteyi nəzərdən vacib məsələ deyil. Dəfn mərasimi baş tutduqdan sonra insanların yenidən bir yerə yığışması, yas mərasimi verməsi şərt hesab olunmur. Əlbəttə, yası təxirə salmaq olmur. Bu, bizim öz ixtiyarımızda deyil. Ancaq qısa müddətlik iştirak etmək olar”, - deyə ilahiyyatçı qeyd edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR